1925-ci ildə Bermud üçbucağında itən “kabus gəmi” peyda oldu və...

1925-ci ildə Bermud üçbucağında itən “kabus gəmi” peyda oldu və...
13:08 10 Oktyabr 2016
324 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kubanın Karib dənizi sahillərində Bermud üçbucağında 90 il əvvəl itmiş gəmi tapılıb.

Publika.az-ın məlumatına görə, bu barədə “Discover24” xəbər yayıb.

Məlumatda bildirilir ki, gəmi gözlənilmədən Kubanın paytaxtı Havana şəhərinin sahillərində peyda olub. Bundan sonra Kubanın sahil mühafizə xidməti hakimiyyət orqanlarına dənizdə ekipajsız gəminin olması barədə xəbər verib, lakin 2 gün sonra gəmi yoxa çıxıb.

Daha sonra yenidən peyda olub. Sahil mühafizə xidmətinin əməkdaşları naməlum gəminin komandanlığı ilə bir neçə dəfə əlaqə yaratmaq istəsə də, buna nail ola bilməyib. Bir neçə uğursuz cəhddən sonra xidmətin əməkdaşları nəhayət gəmini sahilə gətirə bilib.

Sahilə aparılmış gəminin bortuna qalxmış dənizçilər burada gördüklərindən heyrətə gəliblər. Belə ki, köhnə gəminin içi tamam boş imiş. Burada hər hansı həyatdan əsər-əlamət qalmayıb.

İşə təcrübəli dənizçilər, ekspertlər cəlb olunub. Onlar gəminin "SS” şirkətinə (“Cotopaxi") məxsus olduğunu müəyyənləşdiriblər. Araşdırmalar zamanı məlum olub ki, gəmi təxminən 90 il əvvəl inşa edilib. Lakin 1925-ci ildə Bermud üçbucağında itib. Məhz bundan sonra məşhur olub.

Maraqlı məqam bundan ibarətdir ki, gəminin içində onun keçmiş ekipaj üzvlərindən, sərnişinlərindən hər hansı nişan, əlamət müəyyən edilməyib. Bütün bunlar bir yana, gəmi bir müddət əvvəl tapılsa da, mətbuat nədənsə bunu bu günlərdə açıqlayıb.

Qeyd edək ki, bir çoxları bu gəmini “kabus” adlandırırlar.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR