Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabah hava necə olacaq? Yağış, külək...

Sabah hava necə olacaq? Yağış, külək...

Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ (26 Mart 2017 12:49)
Sabah 21 dərəcə isti olacaq (26 Mart 2017 12:48)
Sabah Bakıda 12 dərəcə isti olacaq (23 Mart 2017 13:38)

Tarix: 10 Oktyabr 2016 13:13

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Bəzi bölgələrdə də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.


Teqlər:  Sabah hava olacaq Yağış külək



RƏYLƏR


Top xəbərlər