Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb

Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb

Date: 10 October 2016 13:17

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə qərarı Hələb və Suriyadakı vəziyyəti nəzərə alaraq qəbul edəcək".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib.
"Fransa prezidenti rusiyalı həmkarı ilə görüşmək qərarına gələrsə, bu, lütfkarlıq xətrinə yox, həqiqətləri söyləmək üçün olacaq", - deyə XİN başçısı bildirib.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Rusiya dövlət başçısının oktyabrın 19-da Parisə səfəri zamanı onunla görüşmək üçün vaxt tapa biləcəyinə əmin olmadığını söyləyib.

Tags:  Fransa XİN Olland Putinin görüşü şərtləri açıqlayıb

RƏYLƏR


Top news