Bürclərin uğur cəlb etmək üsulları

Bürclərin uğur cəlb etmək üsulları
13:18 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Günün ən vacib hissəsi səhərdir, çünki başlanğıc həmişə hər şeydən vacibdir və məhz o günün ritmini müəyyənləşdirir.

Publika.az Rusiya mətbuatına istinadən günün uğurlu keçməsi üçün astroloqların hər bürcə görə hazırladığı məsləhətləri təqdim edir.

Ən universal üsulu ilə affirmasiyadır (Yalnız pozitiv fikirlərdən istifadə edilməlidir, neqativ fikirlərdən isə yayınmaq tələb edilir). Bu isə əlavə vaxt tələb etmir, yalnız konsentrasiyanı toplamaq və diqqətli olmaq lazımdır. Onlar sizin enerjinizi artıracaq, sizə günə gümrah başlamağa və bütün fikirlərinizi lazımi istiqamətə yönəltməyə kömək edəcək.

Qoç (21 mart - 20 aprel)

Tez qalxın və evdən çıxmaq üçün hazırlaşmağa başlayın. Həmişə maksimum ehtiyatlı və tədbirli olmağa çalışın, çünki sizin vacib nəyi isə unutmaq ehtimalınız daha böyükdür.

Buğa (21 aprel - 20 may)

Buğalar çarpayıda yatıb qalmağı sevirlər. Günə qayğısız və rahat başlayın. Bunun üçün səhərə axşamdan hazırlaşın, geyim seçimini əvvəlcədən düşünün. Səhəri ümumi hazırlığın yoxlanılması ilə başlayın.

Əkizlər (21 may - 21 iyun)

Bütün astroloqlar bu fikirdədir ki, Əkizlər yuxudan mümkün qədər tez durmalıdır. Süstlüklə mübarizə aparmaq üçün alma yeyin və qəhvə içməyin. Almadakı maddələr kofeindən daha effektlidir və sizi daha çox ruhlandıracaq.

Xərçəng (22 iyun - 22 iyul)

Xərçənglər gün üçün mütləq plan qurmalıdır. Əgər onlar nə isə unutsalar, problemlər yığılır, bu isə öz növbəsində digər işləri həll etməyə onlara mane olur. Görməli olduğunuz işlərin siyahısını tutun və ya yadınızda saxlayın, ancaq heç nəyi unutmayın.

Şir (23 iyul - 23 avqust)

Şirləri yuxudan oyatmaq üçün bir nəfər də olmalıdır, çünki onlar yuxudan çox çətinliklə oyanır və daim nəyisə unudurlar. Bu unutqanlıq məsələsində tərəf müqabiliniz sizə kömək edə bilər, amma səhərə özünüz axşamdan hazırlasınız, daha yaxşı olacaq.

Qız (24 avqust - 23 sentyabr)

Günə özünüzü yalnız müsbət fikirlərə kökləyərək başlayın. Beləcə siz gün ərzində həm əhval-ruhiyyənizi qoruya biləcək, həm də uğuru özünüzə tabe edə biləcəksiniz. Yadda saxlayın ki, müsbət fikirlər həyatınızına ciddi təsir göstərir. Bu, təkcə Qızlara aid deyil, həm də digər zodiak işarələri üçün keçərlidir.

Tərəzi (24 sentyabr - 23 oktaybr)

Günə ruh yüksəkliyi ilə başlayın və yuxudan durmağa özünüzə kömək edin. Daha tez oyanmaq üçün səmərəli oyanış metodikasını öyrənin. Məsələn, kontrast duş yaxşı üsuldur.

Əqrəb (24 oktyabr - 22 noyabr)

Ayılın və günə ən mühüm işlər ilə başlayın. Səhərin işini axşama saxlamayın, ya da mmümkün qədər az saxlayın. Bütün Əqrəblər üçün əsas qayda budur.

Oxatan (23 noyabr - 21 dekabr)

Statistikaya görə, Oxatanlar üçün günə uğurlu başlamağın ən yaxşı üsulu sevdiyi musiqinin sədalarıdır. Qaçış və ya isinmə hərəkətləri də əlavə yardım göstərə bilər.

Oğlaq (22 dekabr - 20 yanvar)

Sizin üçün ən əsası səssizlikdir. Qoy sizə heç kim mane olmasın və öz problemləri ilə sizi yormasın. Səhərlər ailə üzvləri ilə istənilən münaqişələrdən qaçın, eləcə də əbəs yerə risk etməyin.

Dolça (21 yanvar - 20 fevral)

Səhəri sizdən böyük qüvvə tələb etməyən şəxsi problemləri həll etməklə başlayın. Günü məhsuldar etmək üçün yeganə üsul ən çətin işləri sonraya saxlamaqdır. Riskə getməyin, lakin hər ehtimala qarşı həmişə hazırlıqlı olun.

Balıq (21 fevral - 20 mart)

Balıqlara səhərlər çox az şey lazımdır. Onlar üçün ən başlıcası xəlvətə çəkilmək imkanı və özünü yaxınlarının diqqətindən xilas etməkdir. Tənhalıq Balıqlar üçün problemlərdən uzaq olmağın yeganə xilasıdır. Dolayısı ilə Balıq üçün heç olmasa bir-iki dəqiqə təklikdə özü ilə aparmaq mütləqdir.

Tərcümə: Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/mistika/171597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR