Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qarşılayır

BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qarşılayır

"Azərbaycanda "beyin axını" böyük miqyasda deyil" (16 Mart 2017 15:12)
"Azərbaycan iqtisadiyyatı ötən illərdə ciddi şəkildə dəyişib" (16 Mart 2017 12:27)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib (22 Fevral 2017 17:05)

Tarix: 10 Oktyabr 2016 13:22

BMT Rezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı bəyanat yayıb.

Milli.Az bildirir ki, BMT-nin Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, BMT Rezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Prezidentinin fərmanını müsbət qarşılayır.

Qeyd olunur ki, hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq. Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklyuziv prosesin baş tutacağına ümid edir.

Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.

Milli.Az


Teqlər:  BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qarşılayır



RƏYLƏR


Top xəbərlər