Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

İdmançımız dünya reytinqində "10-luğ"a düşdü (11 Mart 2017 13:27)
Beşqat dünya çempionu faciəvi şəkildə ölüb (10 Mart 2017 08:52)
5 qat dünya çempionu faciəvi şəkildə öldü (10 Mart 2017 07:28)

Tarix: 10 Oktyabr 2016 13:27

Azərbaycan samboçusu Yaşar Nəcəfov Rumıniyanın Ploieşti şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatının qızıl medalına sahib çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 56 kq çəkidə yarışan idmançı həlledici döyüşdə gürcüstanlı Saba Qriqalaşvilini məğlub edib. 

Bu, Azərbaycanın çempionatda əldə etdiyi yeganə medal olub. 

Qeyd edək ki, dünya çempionatında baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yeniyetmələrdən Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əskərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq), gənclərdən isə Yusif Nəbiyevlə (62 kq) Röyal Zeynalov (82 kq) iştirak edib.

Milli.Az


Teqlər:  İdmançımız dünya çempionu oldu



RƏYLƏR


Top xəbərlər