Millimiz Latviyaya qalib gəldi

Millimiz Latviyaya qalib gəldi
13:37 10 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Litvada təşkil olunan qrup matçında rəqib meydan sahibləri olub.

Yunanıstanlı Georgios Kızasın idarə etdiyi qarşılaşma Nazim Süleymanovun baş məşqçisi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 33-cü dəqiqədə Fərid Nəbiyev, 45+1-ci dəqiqədə isə Rövlan Muradov vurub.

Beləliklə, Azərbaycan yığması 5-ci qrupu 3 xalla 3-cü pillədə başa vurub. Avstriya 9 xalla 1-ci, Bosniya və Herseqovina 6 xalla 2-ci yeri tutub. Bütün oyunlarından məğlub ayrılan Litva isə qrup sonuncusu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR