Pan Gi Mundan HƏYƏCAN TƏBİLİ: "Vəziyyət daha pisdir"

Pan Gi Mundan HƏYƏCAN TƏBİLİ: "Vəziyyət daha pisdir"
13:52 10 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Qlobal istiləşmənin Arktika üçün nəticələri alimlərin təxmin etdiyi ən bədbin proqnozlardan da pisdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri BMT-nin Baş katibi Pan Gi Mun İslandiyanın paytaxtı Reykyavikdə "Arktika dairəsi" Assambleyasında çıxışında bəyan edib.

Onun sözlərinə görə, Arktika buzlaqları, sözün əsl mənasında, göz qabağında əriyir.

Baş katib xatırladıb ki, gələn ayın əvvəlində qüvvəyə minəcək iqlim dəyişikliklərinə dair Paris sazişi Selsi ilə iki dərəcə istiləşmənin məhdudlaşdırılmasını nəzərdən keçirir. BMT-nin başçısı vurğulayıb ki, hərəkət etmək vaxtı çatıb. O, inkişaf etməkdə olan ölkələrin zərərli tullantıların atmosferə buraxılmasını məhdudlaşdırmalarına kömək etmək üçün ehtiyatları səfərbərliyə almağa çağırıb.

Pan Gi Mun dünya ölkələrinin hökumətlərinə müraciət edərək, onları Monreal protokoluna düzəlişi də dəstəkləməyə çağırıb. Baş katibin fikrincə, bu, Arktikanın vəziyyətinə mənfi təsir göstərən və ozon qatını məhv edən ftor-karbohidrat tullantılarını azaltmağa imkan verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR