Meksikanın nüfuzlu qəzeti İlham Əliyevdən yazdı

Meksikanın nüfuzlu qəzeti İlham Əliyevdən yazdı
13:57 10 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Meksikanın nüfuzlu "The News" qəzetində Azərbaycan Prezidenti haqqında "Nümunə olan bir lider" sərlövhəli məqalə dərc edilib.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, məqalənin müəllifi qəzetin baş redaktoru Teresa Marqolis özünün də iştirakçısı olduğu 29-30 sentyabr tarixlərində keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edib. Məqalənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin geniş nitq söylədiyi Foruma dünyanın 75 ölkəsindən 450 nəfərdən çox nümayəndənin, o cümlədən keçmiş prezidentlərin, 13 Nobel mükafatı laureatının və 13 beynəlxalq təşkilatın rəhbərlərinin qatıldığı beynəlxalq tədbirin əsas mövzusunun multikulturalizm, miqrantların və məcburi köçkünlərin etnik dözümsüzlüyün, laqeydliyin gündən-günə artdığı dünyada qarşılaşdıqları aktual problemlərdən ibarət olduğu qeyd edilib.

Teresa Marqolis yazır ki, Forum özündə siyasətdən başlayaraq sənaye, elm və dini məsələlərə qədər çox geniş spektri əhatə edib. "Dəyirmi masa"lar arxasında müzakirələrin gedişində cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinə danışmaq və öz fikrini çatdırmaq imkanı yaradılıb. Humanitar təcrübədə mədəni müxtəliflik mövzusu, kütləvi miqrasiya şəraitində insan kapitalının qorunması, sosial təkamül şəraitində dayanıqlı inkişaf, molekulyar biologiya və etik tibbi innovasiyalar, sivilizasiyalararası dialoqun təmin edilməsində mətbuatın rolu, XXI əsr kontekstində texnologiyaların yaxınlaşması kimi mövzulardan bəhs edilib.

Müəllifin fikrincə, nüfuzlu intellektlərin iki gün davam edən toplantısında təkrar-təkrar səslənmiş çağırış bundan ibarət olub ki, mədəni, etnik və dini müxtəliflik özündə müasir cəmiyyətin varlığını əks etdirir, hansı millətlər bu müxtəlifliyi boğmağa, yaxud aradan qaldırmağa can atacaqlarsa, onlar mahiyyət etibarilə öz sosial-iqtisadi təkamüllərini məhv etmiş olacaqlar. O, bu çağırışın hansı geosiyasi mühitdə təşəkkül tapdığını xüsusi vurğulayaraq onun möhtəşəm olduğunu bildirib.

Müəllif Azərbaycan barədə məlumat verərək, dini mənsubiyyəti əsasən müsəlmanlardan ibarət olan, Qafqazda Xəzər dənizi sahilində yerləşən, şimalda Rusiyaya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, Naxçıvan vasitəsilə şimal-qərbdə Türkiyə ilə həmsərhəd olan keçmiş sovet respublikalarından biri olmaqla qlobal miqrasiya böhranının və Yaxın Şərqdə artan gərginliyin bu regiondan da təsirsiz ötüşmədiyini qeyd edib.

Tereza Marqolis, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq 1992-ci ildə baş vermiş beynəlxalq səviyyədə tanınmış Xocalı soyqırımına görə məsuliyyət daşıyan və işğal olunmuş ərazilərin təxirə salınmadan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların çoxsaylı qətnamələrini saya salmayan, ərazisinin 20 faizini işğal altında saxlayan qonşu Ermənistanın təcavüzündən güclü ziyan çəkməsinə baxmayaraq, Azərbaycanın bütün tarix boyu multukulturalizm və dini dözümlülük məkanı olmasının təqdirəlayiq hal olduğunu bildirib.

Məqalənin davamında müəllif, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin fəaliyyətindən bəhs edərək öz fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin Forum iştirakçılarına salamlarını yetirərkən Azərbaycanın xarici mədəniyyətlərə və etnik qruplara münasibətdə qonaqpərvərlik ənənələrindən danışdığını qeyd edib. Daha sonra Tereza Marqolis Azərbaycan Prezidentinin qeyd etdiyi bu faktın dörd gün sonra Bakıda qarşılanan Roma Papası Fransiskin onun xahişi ilə şəhərin mərkəzində açıq səma altında messa keçirərkən və şəhərin ən böyük otelində Aşkenazi Roş Haşan dini ayini keçirilən zaman Prezidentin müşavirinin də iştirak edərək yerli yəhudi icmasının üzvlərini yeni il bayramı münasibətilə hökumət adından təbrik edən zaman öz təsdiqini tapdığını heyranlıqla qələmə alıb.

T.Marqolis yalnız Forumda deyil, Roş Haşan bayramı münasibətilə təşkil edilmiş şam yeməyində də iştirak edərkən digər iştirakçılardan heç zaman Azərbaycanda hər hansı bir dini təqib hallarına rast gəlmədikləri barədə eşitdiklərini də yazıb.

Daha sonra müəllif məqaləsində yenidən dövlət başçısından bəhs edərək bildirib ki, 2013-cü ildə beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilmiş prezident seçkilərində İlham Əliyevin qələbəsini heç kim inkar edə bilməz.

T.Marqolis Forum zamanı xarici bir diplomatdan eşitdiyi bu fikirlə razı olduğunu qeyd edib ki, İlham Əliyev neft sektorundan qazanılan vəsaiti müdrikcəsinə infrastruktura, təhsil sektoruna və sənayenin şaxələndirilməsinə yönəldib. Bu da öz növbəsində son dövrdə manatın iki dəfə devalvasiyaya uğramasına baxmayaraq, Azərbaycanın mövcud neft böhranından qorunmasına kömək edib.

Eyni zamanda, müəllif bildirib ki, 1991-ci ildə ölkə öz müstəqilliyini bəyan edərkən yoxsulluq səviyyəsi 45 faiz təşkil edirdisə, hazırda bu göstərici yalnız 5 faiz həddindədir.

Müəllif Prezident İlham Əliyevin güclü bir lider olmaqla yanaşı, o cümlədən etnik və dini mənsubiyyətindən asılı olmayaraq xeyirxahlıqla xalqının bütün nümayəndələrinin qayğısına qaldığını bildirib. O, dövlətimizin başçısı haqqında öz fikirlərini belə bitirib: İlham Əliyev regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirib.

Sonra müəllif Azərbaycanın heç vaxt işğalçılıq iddiaları olmayan, başqa xalqların ərazisinə təcavüz etməyən bir ölkə kimi regionun lideri sayıldığını və multikulturalizmin, dini dözümlülüyün, sosial-iqtisadi inkişafın dayağı olduğunu sübut edərək, digərləri üçün nümunəyə çevrildiyini bildirib.

Məqalənin sonunda T.Marqolis Forumun açıqfikirlilik, qarşılıqlı hörmət və dinc yanaşı yaşama çağırışını etdiyini, bu çağırışın Azərbaycanın qonşuları tərəfindən eşidilib, diqqətə alınacağına ümid bəslədiyini bildirib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Sovetski"də 1 nəfəri öldürüb, 2 nəfəri yaralayan şəxs saxlanıldı

23 İyun 2017 11:29

“Formula-1”: Azərbaycan Qran-prisi start götürür - FOTO

23 İyun 2017 11:29

Avtomobil qaçıran "DJ" tutulub

23 İyun 2017 11:29

Bakıda Formula-2 yarışlarına start verildi

23 İyun 2017 11:27

Günorta çağı 13 yaşlı qıza təcavüz etmək istəyən oğlan kameralara düşdü - VİDEO - FOTO

23 İyun 2017 11:27

Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb

23 İyun 2017 11:27

Avropada daha bir rekord transfer təklifi - 135 milyon avro

23 İyun 2017 11:27

Kredit borcu olanlar fitrə verə bilər?

23 İyun 2017 11:25

"Real" 2 gənc futbolçu ilə razılıq əldə etdi

23 İyun 2017 11:22

Özəl şirkətlər də SOCAR istiqrazlarına maraq göstərirlər

23 İyun 2017 11:22

Bakıda Formula 2 yarışının sərbəst yürüşü start götürüb

23 İyun 2017 11:22

Bakıda Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb

23 İyun 2017 11:22

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

23 İyun 2017 11:22

Sibel Can bu qədər pul xərclədi

23 İyun 2017 11:20

Tələbələrə JEST: kredit borclarını universitet ödəyəcək

23 İyun 2017 11:18

Bergüzar Korel uzun saçlarını görün nə hala saldı - FOTO

23 İyun 2017 11:18

Bakıda keçmiş sevgili dəhşəti: 1 ölü, 2 yaralı var...

23 İyun 2017 11:16

Aygün Kazımova istirahətdə: "Sevmək gözəldir" - FOTOLENT

23 İyun 2017 11:14

Aslı Muradla bağlı sualı eşidib, qaçdı - FOTO

23 İyun 2017 11:12

"Survivor 2017"nin qalibi bəlli oldu

23 İyun 2017 11:12

Onlar vahid çağrı mərkəzinə birləşdirildi

23 İyun 2017 11:10

Növbəti erməni yalanı ifşa olundu - MN

23 İyun 2017 11:09

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olunub

23 İyun 2017 11:07

Məşhur rus model Bakını gəzdi - FOTO

23 İyun 2017 11:05

"Formula-1" Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları

23 İyun 2017 11:05

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

23 İyun 2017 11:05

Kıvanç: "Tuba ilə öpüşəndə narahat oluram"

23 İyun 2017 11:05

Soğanı soyun, qabığını atmayın...

23 İyun 2017 11:05

Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

23 İyun 2017 11:04

Venesuelada daha bir etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb

23 İyun 2017 11:02

UNEC kollektivi Cocuq Mərcanlıda (FOTO)

23 İyun 2017 11:01

Türkiyədən sərt cavab: Növbəti Aya Sofya QALMAQALI

23 İyun 2017 10:58

İlham Əliyev hərbi hissələrin açılışında iştirak edib

23 İyun 2017 10:58

"Qız qısa şortik geyinib, onun atası anası yoxdur?" - Qıza şillə vuran oğlanın atası - VİDEO - FOTO

23 İyun 2017 10:57

Reanimasiyadakı xalq artistinin oğlu: "Bizimlə maraqlanan yoxdur"

23 İyun 2017 10:54

Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

23 İyun 2017 10:52

Bakı trası şəhər traslarından ən sürətlisidir

23 İyun 2017 10:52

Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

23 İyun 2017 10:52

Ayağınızı buzlu suya salın

23 İyun 2017 10:50

Ordumuzun şərəfinə yeni medal təsis olunur - FOTO

23 İyun 2017 10:49

Flora Kərimova əməliyyat olundu

23 İyun 2017 10:49

ASAN xidmət neçə gün işləməyəcək?

23 İyun 2017 10:48

Tarkan artıq Bakıda – FOTO

23 İyun 2017 10:48

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi - FOTO

23 İyun 2017 10:48

Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir

23 İyun 2017 10:47

"Bu yayın ən yaraşıqlı bəy və gəlini"

23 İyun 2017 10:47

Dənizkənarı Milli Parkda "Formula-1 şəhərciyi" - FOTO

23 İyun 2017 10:47

"SamsungWind-Free™ - Külək olmadıqca narahatçılığa səbəb yoxdur"

23 İyun 2017 10:47

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

23 İyun 2017 10:47

Diversant məsələsinə sözardı...

23 İyun 2017 10:44