Millimizin Çexiyada açıq məşqi olacaq

Millimizin Çexiyada açıq məşqi olacaq
14:05 10 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyunu öncəsi təmsilçilərimizin iştirakı ilə olacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb.

Milli.Az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə  görə, bu gün baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.            

Xorvatiyalı mütəxəssis Bakı vaxtı ilə saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR