SOCAR "ASAN Xidmət"lərdə 6 549 müraciəti həll edib

SOCAR "ASAN Xidmət"lərdə 6 549 müraciəti həll edib
14:07 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarındakı və Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzlərinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xidmət sahələri ilə bağlı ümumilikdə 6 549 müraciət daxil olub.
Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
Qurumun açıqlamasında deyilir ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-asan-xidmet-lerde-6-549-muracieti-hellini-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR