Azərbaycan yığması: 11 oktyabr kabusu

Azərbaycan yığması: 11 oktyabr kabusu
14:12 10 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsinin sabah keçiriləcək Çexiya ilə qarşılaşması Azərbaycan millisinin oktyabrın 11-nə təsadüf edən 9-cu qarşılaşması olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tarixi ərzində 8 dəfə bu gündə meydana çıxan komandamız 7 dəfə meydanı məğlub tərk edib.

Özünün debüt tsiklində - AÇ-1996-da İsraillə Təl-Əvivdəki qarşılaşmada 2 cavabsız qol buraxan millimiz sonradan iki dəfə Türkiyə, bir dəfə Finlandiyaya minimal hesabla uduzub. Belçika, İtaliya və İsveçrədəki yenilgilər isə acınacaqlı olub. Sonuncular 5, appenninlilər 4, belçikalılar 3 cavabsız qola sevinib.
 
Oktyabrın 11-i kabusu yalnız 3 il öncə qırılıb. 7 məğlubiyyətdən sonra ilk qələbə Şimali İrlandiya ilə Bakıdakı matça təsadüf edib. Həmin vaxt Berti Foqtsun rəhbərlik etdiyi komanda qonaqları 2 cavabsız qolla məyus edib.
 
Yığmamız oktyabrın 11-də
11.10.1995. Təl-Əviv. AÇ. İsrail - Azərbaycan - 2:0
11.10.1997. Sürix. DÇ. İsveçrə - Azərbaycan - 5:0
11.10.2000. Bakı. DÇ. Azərbaycan - Türkiyə - 0:1
11.10.2003. Reco di Kalabriya. AÇ. İtaliya - Azərbaycan - 4:0
11.10.2006. Brüssel. AÇ. Belçika - Azərbaycan - 3:0
11.10.2008. Helsinki. DÇ. Finlandiya - Azərbaycan - 1:0
11.10.2011. İstanbul. AÇ. Türkiyə - Azərbaycan - 1:0
11.10.2013. Bakı. DÇ. Azərbaycan - Şimali İrlandiya - 2:0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR