Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evə basqın: döyüb pulları apardılar

Bakıda evə basqın: döyüb pulları apardılar

Date: 10 October 2016 14:12

Bakıda quldurluq hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Səbail rayonu Salyan yolu küçəsində yaşayan 1937-ci il təvəllüdlü Zeynalov Anatoli Mirzə oğlunun evinə basqın edən şəxslər onu döyərək xeyli pul aparıblar. Evdən quldurluq yolu ilə ümumilikdə 1600 dollar və 3800 manat aparılıb.

Zərərçəkən ifadəsində evə basqın edən şəxsləri tanıdığını bildirib və cinayəti Ramil Elçin adlı şəxslərin həyata keçirdiyini deyib.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Ramil Mirzəyev tutularaq istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda evə basqın döyüb pulları apardılar

RƏYLƏR


Top news