Lukaşenkodan döyüş açıqlaması

Lukaşenkodan döyüş açıqlaması
14:13 10 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Belarus neft-qaz sferasında mübahisəni qaydaya salıb.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən dünən hökumətin Rusiya ilə neft-qaz məsələləri üzrə məruzəsiylə tanış oldum. Belə anladım ki, növbəti döyüş başa çatıb və biz uyğun olan sənədin imzalanmasına nail olacağıq. Problemli məsələlər, ən azından dünənki günə uyğunlaşdırılıb”, - dövlət başçısı bildirib.

Oktyabrın 7-də Lukaşenko deyib ki, Belarus neftin çatdırılması barədə İranla danışıqlar aparır. Prezident həmçinin əmin olduğunu deyib ki, Moskva və Minsk neft-qaz mübahisəsini həll edə biləcək. “Biz güzəştlərə hazırıq”, - o söyləyib.

Daha əvvəl – oktyabrın 2-də Belarus Rusiya neftinin tranzit qiymətlərini 1,5 dəfə artırıb.

Sentyabr ayında Rusiya və Belarus təbii qazın qiyməti haqqında razılaşa bilməyiblər. Tərəflərin fikir ayrılıqları ilin əvvəlində yaranıb. Həmin vaxt Belarusun baş naziri Andrey Kobyakov bildirib ki, min kubmetr qaz üçün 132 deyil (hazırkı qiymət), 80 dollar ödənilməlidir. 2016-cı ilin ilk yarımilliyində Belarusun Rusiyaya təbii qaza görə borcu 270 milyon dollardan çox təşkil edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR