Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyev məhkəmədə son söz dedi

Cahangir Hacıyev məhkəmədə son söz dedi

Date: 10 October 2016 14:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxs, "İntersecurity" şirkətinin rəhbəri İbrahim Hüseynov son söz deyib: "Beynəlxalq Bankın idarə edilməsində iştirak etməmişəm. Bankla müqavilə əsasında mühafizəsini təşkil etmişəm. Bankda giriş-çıxışa nəzarət etmişəm. Bununla bağlı da bankın İdarə Heyətində təmsil olunan Emil Mustafayevə hesabat vermişəm. İşçilərimin adına götürülən kreditlər layihələrə xərclənib. Onların adlarına olan kreditlər tam ödənilib, yalnız faiz borcları qalıb. Məhkəmədən bəraət istəyirəm".

Prosesdə təqsirləndirilən şəxs Cahangir Hacıyev son söz söyləyib.

Hakimlər müşavirəyə gedib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Cahangir Hacıyev məhkəmədə son söz dedi

RƏYLƏR


Top news