"Azərbaycanı asanlıqla məğlub edəcəyik..."

"Azərbaycanı asanlıqla məğlub edəcəyik..."
14:37 10 Oktyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanla oyunda start heyətində meydana çıxmaq şansım çoxdu. Çünki mənim mövqeyimdə çıxış edən David Pavelka cəzalı duruma düşüb. Ancaq bununla bağlı yekun qərarı mən yox, baş məşqçi verəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Çexiya yığmasının yarımmüdafiəçisi Lukas Droppa deyib.

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə matçda milli komandanın heyətində debüt edən 27 yaşlı futbolçu Azərbaycanla oyun haqda fikirlərini bildirib. Droppa yerli mətbuata açıqlamasında qələbə qazanmaq üçün çox çalışmalı olacaqlarını söyləyib: "Azərbaycan yığması indi daha güclüdü. Rəqibi asanlıqla məğlub edəcəyik fikrini başımızdan atmalıyıq. Adi hücumlarla onların müdafiə xəttini yarmaq mümkün olmayacaq. İlk iki oyunda müdafiə olunmağı bacardıqlarını göstəriblər. Yüksək tempdə oynamalıyıq və eyni zamanda yalnız hücum barədə düşünməməliyik. Azərbaycan yığması Norveçlə görüşdə göstərdi ki, onlara qarşı müdafiədə ehtiyatı əldən vermək olmaz. Bizim üçün çox vacib oyundu. Qələbə qazanmaq istəyiriksə, bütün gücümüzü meydanda qoymalıyıq. Qarşımızda Norveçi məğlub edən bir komanda var. Asan olmayacağı dəqiqdi. Qol vurmaq və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
 
Droppa iki gün öncə Almaniya (0:3) ilə keçirilən görüşə də toxunub. O, bu yenilgini rəqibin gücü ilə əlaqələndirib: "Almanlar təkcə bizə yox, bütün rəqiblərə qarşı üstün futbol göstərir. Hətta Fransaya qarşı da üstün çıxış edirlər. Rəqibin gücünə bələd idik. Belə komandaya qarşı oynadığım üçün sevinirəm. Ancaq təəssüf ki, bunun komandaya bir xeyri dəymədi. Məğlub olsaq da, heç olmasa təcrübə topladığımızı düşünürəm".
 
Qeyd edək ki, sabah keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR