Baş nazir: "Rəsmi Ankara Suriya məsələsini həll etmək üçün Rusiya, ABŞ və İranı birləşdirmək istəyir"

Baş nazir: "Rəsmi Ankara Suriya məsələsini həll etmək üçün Rusiya, ABŞ və İranı birləşdirmək istəyir"
14:47 10 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Rəsmi Ankara Suriya məsələsində böhranın həlli üçün öz rolunu Rusiya, ABŞ və İranı birləşdirməkdə görür".
"Report" xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "Sputnik" agentliyinə müsahibəsində deyib.
"Türkiyənin rolu Rusiya, ABŞ və İranı birləşdirməkdən, bir yerə gətirməkdən ibarətdir. Bu prosesə Səudiyyə Ərəbistanı da qoşula bilər. Belə olanda bölgədə qan axıdılmasının, günahsız, müdafiəsiz insanların ölümünün qarşısını ala bilərik. Buna nail olmaq üçün səy göstəririk" - Türkiyə baş naziri bildirib.
Onun sözlərinə görə, Rusiyanın və ABŞ-ın hərəkətlərinin qeyri-koordinasiyalı, razılaşdırılmamış olması Suriyadakı vəziyyəti günbəgün mürəkkəbləşdirir.
Baş nazir qeyd edib ki, ABŞ-ın və Rusiyanın regiondadakı qarşıdurmasını arxa plana keçirməklə və insanların həyatını və gələcəyini ön plana çıxarmaqla qısa zamanda böhrandan çıxış yolu tapmaq, razılıq əldə etmək lazımdır.
B.Yıldırım Suriya böhranı üzrə Ankara və Moskvanın mövqeyinin yaxınlaşdığını xüsusi vurğulayıb.
"Mövqelərimiz yaxınlaşıb. Məsələn, Rusiya bizim apardığımız "Fırat kalkanı" əməliyyatı çərçivəsində atdığımız addımları ağlabatan və ədalətli hesab edir. Ümumiyyətlə, təyyarə böhranından sonra münasibətlərin normallaşması prosesində ötən dövrlə müqayisədə bir sıra regional problemlərdə mövqelərimiz yaxınlaşıb" - baş nazir bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/bas-nazir-resmi-ankara-suriya-meselesini-hell-etmek-ucun-rusiya-abs-ve-i-rani-birlesdirmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR