Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda HORİZON-2020 proqramı üzrə iclas keçiriləcək

Bakıda HORİZON-2020 proqramı üzrə iclas keçiriləcək

Date: 10 October 2016 14:47

Bakı. 10 oktyabr. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondu oktyabrın 13-14-də Bakıda elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir keçirəcək.
Fondun mətbuat xidmətindən “Report”a verilən məluamta görə, tədbir Avropa İttifaqının (Aİ) tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz hövzəsi ölkələrinin və "Şərq Tərəfdaşlığı" ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə baş tutacaq.
Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi”idir (CeRISS).
Elmin İnkişafı Fondu “Black Sea Horizon” və “EaP PLUS” layihələrində qurum kimi iştirakçıdır. Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti nəzərə alınmaqla adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH layihəsinin cari ilin iyun ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib. Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə) və Azərbaycandan tanınmış ekspertlər iştirak edəcəklər.
İki gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz hövzəsi ölkələri və "Şərq Tərəfdaşlığı" ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, "Şərq Tərəfdaşlığı" ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər, uğurlar və perspektivlər müzakirə ediləcək.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, Yunanıstan və Avstriyanın səfirlərinin iştirakı gözlənilir. 

Tags:  Bakıda HORİZON-2020 proqramı üzrə iclas keçiriləcək


RƏYLƏR


Top news