Tarixin ən güclü nüvə partlayışları – VİDEO

Tarixin ən güclü nüvə partlayışları – VİDEO
15:03 10 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

“YouTube”də tarixin ən güclü nüvə partlayışlarına dair video yerləşdirilib.

Publika.az xəbər verir ki, videonun müəllifləri partlayış zamanı ayrılan enerjinin miqdarını, yaranan göbələkşəkilli buludun hündürlüyünü və dağıntıların miqyaslarını qiymətləndiriblər.

Yaponiyanın Xirosima şəhəri üzərində partladılan bombanın partlayışının gücü 15 min ton trotil (TNT) ekvivalent idi. 1970-ci illərdə sınaqları keçirilən B83 bombasının gücü 1,2 milyon ton TNT təşkil edir, göbələkşəkilli buludun hündürlüyü 20 kilometrə çatıb. SSRİ “Çar bombası”nın (1961) partlayışı zamanı nüvə göbələyi stratosferin (50 kilometr) hüdudlarına qədər qalxıb.

Müəlliflər həmçinin müxtəlif ölkələrdə nüvə silahının ehtiyatlarını müqayisə ediblər. Onların qiymətləndirilmələrinə görə, Rusiya rekordçudur. Bu ölkənin 7 mindən çox döyüş başlığı var.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR