Milli Azərbaycan Tarixi Muzeyində yeni şöbə yaradılıb

Milli Azərbaycan Tarixi Muzeyində yeni şöbə yaradılıb
15:12 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilib. 
Bu barədə "Report"a muzeydən bildirilib.
"İclası giriş sözü ilə açan muzeyin direktoru akademik Nailə Vəlixanlı gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda muzeyin Təhsil şöbəsinin yaradılması haqqında qərar qəbul edilib və şöbənin əsasnaməsi təsdiq olunub. İllik hesabatların hazırlanması ilə əlaqədar məsələlər müzakirə olunub və şöbələrin cari il noyabrın 30-dək hesabatları elmi katibə təqdim edilməsi haqqında qərar çıxarılıb.
 Elmi Şurada həmçinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin elmi işçisi Emin Dadaşovun xarici ezamiyyət haqqında hesabatları dinlənilib. İclasın sonunda bəzi kadr məsələlərinə baxılıb.





Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/milli-azerbaycan-tarixi-muzeyinde-yeni-sobe-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR