Azərbaycan şahmatçısı nüfuzlu beynəlxalq turnirdə 3-cü yeri tutub

Azərbaycan şahmatçısı nüfuzlu beynəlxalq turnirdə 3-cü yeri tutub
15:12 10 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktybar. REPORT.AZ/ Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Arkadi Naydiç Men adasında keçirilən nüfuzlu turnirdə 3-cü yeri tutub.
"Report"un məlumatına görə, 31 yaşlı zəka sahibi 37 ölkədən 133 şahmatçının iştirak etdiyi "İsle of Man" turnirində 7 xal toplayıb. İsveçrə sistemi ilə 9 turdan ibarət yarışın yekununda ukraynalı Pavel Elyanov ukraynalı Pavel Elyanovla ABŞ təmsilçisi Fabiano Karuananı özündən irəli buraxıb. Əmsallar cədvəlinə əsasən, Elyanov birinci, Karuana ikinci yeri tutub.
Qeyd edək ki, "İsle of Man"ın ümumi mükafat fondu 12 min funt sterlinq təşkil edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-sahmatcisi-nufuzlu-beynelxalq-turnirde-3-cu-yeri-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR