Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MTRŞ: "Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır"

MTRŞ: "Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır"

Date: 10 October 2016 15:17

Bəzi kanallar xəbər buraxılışlarında reklam xarakterli süjetləri adi xəbər kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar ki, bu da yolverilməzdir.

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Şura təmsilçisi vurğulayıb ki, bu, gizli reklam problemini aktuallaşdırır: "Həm də bu, manipulyasiyadır. Monitorinqlər göstərir ki, həmin reklam materialını yayımlamaq üçün kanalın normal saatlarda kifayət qədər limiti var. Xəbər buraxılışlarında məhəllə səviyyəsində - adi bir mağazanın, çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz".

T.Dadaşovun sözlərinə görə, kommersiya kanallarının yaşamaq üçün qazanc əldə etməli olduqları anlaşılandır və qanun da buna imkan verir: "Qanun hər saatın 12 dəqiqəsini reklama həsr etməyə icazə verir. Həmçinin, gün ərzində əlavə teleticarət blokları yayımlamağa da icazə verilir. Bəzən görürsən ki, serial arası fasilələrdə cəmi 2-3 dəqiqəlik reklam bloku yayımlanır. Amma di gəl ki, serialın özünün az qala yarısı gizli-açıq reklamdır. Bu kimi hallar efirin kommersiyalaşmasına gətirib çıxarır".  

Milli.Az


Tags:  MTRŞ Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır

RƏYLƏR


Top news