Bakıda polis əməkdaşlarına elektroşokerlə hücum olub

Bakıda polis əməkdaşlarına elektroşokerlə hücum olub
15:17 10 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda polis əməkdaşlarına hücum olub.
“Report”un məlumatına görə, hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin içtimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Araz Məmmədov üzərindəki elektroşoker çıxararaq polis əməkdaşlarına yönəldib.
Polis əməkdaşları onu və Kürdəmir rayon sakiniləri - 1996-cı il təvəllüdlü Kənan Vəliyevi, 1990-cı il təvəllüdlü Fərahim Süleymanovu və Ağcabədi rayon sakini 1990-ci il təvəllüdlü Namiq İsmayılovu polisin qanunu talebinə riayət etməyə dəvət etdikdə A.Məmmədov bu dəfə üzərində olan bıçaqla qanun qoruyucularına hücüm edərək xəsarət yetirməyə cəhd göstərib.
Hər iki hücumun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Sonradan məlum olub ki, dörd nəfərdən A.Məmmədov və F.Süleymanov əvvəllər məhkum olunmuş şəxslərdirlər. Onların hamısı tutulub.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-polis-emekdaslarina-elktrosokerle-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR