Cavid Qurbanov: "Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir"

Cavid Qurbanov: "Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir"
15:22 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

""Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, ötən il Qazaxıstan üzərindən Çindən 1,2 milyon konteyner daşınıb: "Buna görə də bu sahədə Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir".

C.Qurbanov qeyd edib ki, bu günlərdə Qazaxıstanda "Azersun" şirkətinin tikdiyi Azərbaycan logistik mərkəzinin açılışı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR