Ancelina Coli ilə Bred Pitin boşanma səbəbi haqqında ŞOK FAKT

Ancelina Coli ilə Bred Pitin boşanma səbəbi haqqında ŞOK FAKT
15:23 10 Oktyabr 2016
108 Şou
Ölkə mətbuatı
A- A+

Ancelina Coli milyarderlə sevgilidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, boşanma prosesi bitmək üzrə olan Ancelina Coli və Bred cütlüyü haqqında yeni faktlar üzə çıxıb. Məlum olub ki, aktrisa Bredi milyarderlə aldadır.

Milyarderin adı hələ ki açıqlanmır, lakin onun əslən Yaxın Şərqdən olduğu, Oksfordda təhsil aldığı, eləcə də bir milyard dollara yaxın sərvəti olduğu deyilir. Aktrisa ilə ərəb biznesmen xeyriyyə tədbirlərinin birində, təxminən yarım il əvvəl tanış olub. Coli evli olduğu üçün, həm də nüfuzuna ciddi ziyan dəyməsindən ehtiyatlanaraq yeni sevgilisi ilə münasibətlərini gizli saxlayır. Mənbələr onu da bildiriblər ki, iş adamı da evlidir və xanımı ərini aktrisaya vermək və boşanmaq niyyətində deyil.

Cütlüyə yaxın mənbə bildirib ki, Ancelina Coli Bred Pittə hər şeyi özəl təyyarə ilə ABŞ-dan Fransaya uçan zaman etiraf edib. Aktyor bu zəmində nəzarəti tamamilə itirib, həyat yoldaşı ilə dəhşətli mübahisəyə başlayıb. Son səhnə uşaqların yanında baş verib. Böyük oğulları Meddoks valideynlərini sakitləşdirməyə çalışıb, lakin hiddətlənən atası ona sillə vurub. Nəticədə Pitt uşaqları ilə amansız rəftarda ittiham olunub. Yeri gəlmişkən, FTB bildirib ki, aktyor təyyarədə baş vermiş hadisəyə görə məsuliyyətə cəlb edilməyəcək.

Xarici KİV-in yazdığıma görə, Pitt uşqların qəyyumluğu məsələsində güzəştə getmək fikrində deyil.

Aytən




Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR