Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2020-ci ilə virtual reallıq texnologiyalarına 11 milyard ABŞ dolları xərclənəcək

2020-ci ilə virtual reallıq texnologiyalarına 11 milyard ABŞ dolları xərclənəcək

Date: 10 October 2016 15:35

Analitiklərin proqnozuna görə, bir neçə il sonra istehlakçılar virtual reallıq (VR) texnologiyalarına 11 milyarddan çox ABŞ dolları xərcləyəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IHS Markit” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə istehlakçılar VR cihazlara və virtual reallığın texnologiyalarının tətbiqinə əsaslanan əyləncələrə müvafiq olaraq 1.6 milyard və 310 milyon dollar xərcləyə bilərlər. 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 7.9 və 3.3 milyard dollar təşkil edəcək. Gözləntilərə görə, dünyada istifadə edilən VR qurğuların sayı 4 milyondan (2015) 81 milyonadək (2020) artacaq.

Sözügedən şirkətin analitikləri hesab edirlər ki, şlem və virtual reallıq eynəyi bazarı iki kateqoriyaya bölünəcək: birinci kateqoriyaya kiçik həcmdə buraxılan “Facebook Oculus Rift” kimi birinci dərəcəli modellər, ikinciyə isə öz ekranı olmayan və smartfonla birgə işləyən kütləvi və ucuz cihazlar aid edilir.
Analitik şirkətin proqnozuna əsasən, 2016-cı ildə smartfonlar əsasında işləyən VR cihazları dünyada istifadə edilən VR cihazların 87%-ni təşkil edəcək.

2016-cı ildə VR qurğular bazarının lideri “Samsung Gear VR” modeli olacaq. “IHS” analitik şirkəti hesab edir ki, 2016-cı ildə bu cihazların ümumi sayı 5.4 milyon təşkil edəcək. Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu yaxınlarda təqdim edilmiş ucuz “Google Daydream View” VR modeli tədricən “Samsung”un lider mövqeyini məhv edərək 2019-cu ilə bazarda ən populyar VR qurğu olacaq.

Emil Hüseynov



Tags:  2020-ci virtual reallıq texnologiyalarına 11 milyard ABŞ dolları xərclənəcək



RƏYLƏR


Top news