Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Futbolçuları aparan təyyarədə yanacaq problemi yaranıb

Futbolçuları aparan təyyarədə yanacaq problemi yaranıb

Date: 10 October 2016 15:37

Misirin futbol üzrə kişilərdən ibarət milli komandasını aparan "EgyptAir" şirkətinin təyyarəsi yanacaq çatışmazlığı səbəbindən Konqo Respublikasında Brazzavil aeroportundan uça bilməyib, sonra isə marşrutunu dəyişməli olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu xəbəri yerli KİV-lər Misir aviaşirkətinin məlumatına istinadla yayıblar.

Qeyd edilir ki, futbolçuları aparan Misir layneri yanacaq çatışmazlığı səbəbindən dörd saat ləngiyib və yüksək səviyyədə danışıqlar aparılandan sonra yanacaqla doldurulub. Lakin bu yanacaq Çadın paytaxtı Ncamenaya qədər çatıb. Müvafiq icazələri aldıqdan sonra misirli futbolçuları aparan təyyarə Konqodan Çada yola düşüb və orada yanacaq ehtiyatını bərpa edəndən sonra Qahirə aeroportuna uçub.

Milli.Az


Tags:  Futbolçuları aparan təyyarədə yanacaq problemi yaranıb

RƏYLƏR


Top news