Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

10 ildir yük maşını sürən 40 yaşlı qadın – FOTOLAR

10 ildir yük maşını sürən 40 yaşlı qadın – FOTOLAR

Date: 10 October 2016 15:48

Türkiyənin Bursa şəhərində yaşayan 40 yaşlı Ayşən Akçay 10 ildir “TIR” sürməklə məşğuldur.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki uşaq anası işlədiyi fabrikin yük avtomobilini idarə etməklə ailəsini dolandırır.

Lakin Ayşənin bununla kifayələnməyib hələ uşaq yaşlarından qəlbindəki arzusuna qovuşmaq istəyir. Onun əsas istəyi avtobus sürücüsü işləməkdir.

Hazırda yük avtomobilini idarə edən qadın deyir ki, bu çətin işdə ona kişi sürücülər dəstək verirlər. Bununla yanaşı, həyat yoldaşı da onun sürücü işləməsinə adi yanaşır. “Avtobus sürücüsü olmaq üşün getmədiyim yer qalmayıb. Dostlarımdan buna inananlar da var, inanmayanlar da. Bəzən arxamca pis sözlər də danışırlar, amma bunlara məhəl qoymuram”, – deyən Ayşən ictimai nəqliyyatda çalışaraq “qadından sürücü olmaz” məsəlinin doğu olmadığını sübut etmək istəyir.

Anar






Tags:  ildir yük maşını sürən 40 yaşlı qadın FOTOLAR

RƏYLƏR


Top news