AFFA yön dəyişdirir: dağıstanlıların yerniə türkiyəlilər

AFFA yön dəyişdirir:  dağıstanlıların yerniə türkiyəlilər
15:57 10 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-dən 13-dək  Bakıda, 14-dən 21-ə qədər Serbiyanın paytaxtı Belqradda keçiriləcək təlim-məşq toplanışında 18 futbolçu iştirak edəcək.

 

Bu futbolçular oktyabrın 22-dən 31-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının ilkin seçmə mərhələsində də iştirak edəcək. Heyətdə 5 nəfər türkiyəli oyunçu yer alıb. Bunlardan beşi eyni komandanı “Altınordu”nu təmsil edir. Görünən odur ki, AFFA dağıstanlıları türkiyəlilərlə əvəzləmək yolu tutub: Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə), Məhəmməd Can Tuncer, Şahan Akyüz, Onur Taha Takır, Egehan Gök, Mutlu Aksu Doğan (hamısı “Altınordu”, Türkiyə), Xəqani Sadıxov (“Qarabağ”), Şakir Seyidov, Tahir Zeynalov         (hər ikisi “Vətən”), İzzət Muştaqov, Fərid Nadirov, Rüstəm Nuruyev, Vüsal Mustafayev, Məhəmməd Abbaslı, Kamran Quliyev (hamısı “Qəbələ”), Nicat Mehbalıyev      (“İnter”), Nail Alışov, Fərid Mahmudov (hər ikisi “Neftçi”).


Qeyd edək ki, AFFA əvvəlki illərdə daha çox Rusiya vətəndaşı olan dağıstanlı futbolçuları milliləşdirməyi üstün tuturdu. Hazırda əsas milli komandanın düşərgəsində olan Arif Daşdəmirov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Bədavi Hüsyenov kimi futbolçular bu qəbildəndir.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-yon-dyidirir-t53236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR