Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsində zərərçəkmiş ifadə verib

Yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsində zərərçəkmiş ifadə verib

Date: 10 October 2016 16:12

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş Firuzə Qasımova ifadə verib.
O, ifadəsində təqdirləndirilən Ə.Kərimzadənin ona məxsus obyekti icarəyə götürdüyünü deyib: "Əziz müəllimə 10 min manat nağd pul vermişəm. 3 min manatdan da artıq da icarə haqqını ödəmədiyindən borc qalmışdı. O, həmin pulun hissə-hissə 6500 manatını qaytarıb, lakin pulun qalan hissəsini vermədi. Ona inanmışdım".
Ə.Kərimzadə isə ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib. O, F.Qasımovanın obyektini icarəyə götürdüyünü, vəkillik fəaliyyəti ilə məşğul olduğunu vurğulayıb: "İcarə haqqına 1500 borcum var idi. Daha sonra ona 3 min verəcəyimizlə bağlı razılaşdıq".
Ə.Kərimzadə zərərçəkmişə onun bacısı ilə görüşməsini və dəymiş zərərin ödəniləcəyini bildirib.
Məhkəmənin növbəti prosesi oktyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Tags:  Yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsində zərərçəkmiş ifadə verib

RƏYLƏR


Top news