Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq

MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq

Date: 10 October 2016 16:27

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vuracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, MSK sabah keçiriləcək iclasında referenduma yekun vuracaq və referendumun nəticələrini rəsmi bildiriş kimi elan edəcək.
 
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 25 gündən gec olmayaraq referenduma yekun vurmalı və referendumun nəticələrini rəsmi bildiriş kimi elan etməlidir. 

Milli.Az


Tags:  MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq

RƏYLƏR


Top news