Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi layihəsinə daha bir neçə ölkə qoşula bilər"

Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi layihəsinə daha bir neçə ölkə qoşula bilər"

Date: 10 October 2016 16:37

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Şahdəniz” yatağının işlənməsi 4 mühüm layihədən biridir. Bu layihələr enerji təhlükəsizliyi üçün çox önəmli layihələrdir". “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.
İ. Əliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) icrasında 7 ölkə birləşib: “Gələcəkdə daha bir neçə ölkə bu layihəyə qoşula bilər. Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatı neft və qaza bağlı idi. Amma indi iqtisadiyyatımızda neft və qaz cəmi 30% təşkil edir”.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycanın təbii qaz ehtiyatı 2,6 trln. kubmetrdir: "Azərbaycanın ən böyük qaz yatağı “Şahdəniz”dir. Azərbaycan qazını dünya bazarına çıxarmaq üçün bir çox şirkətlər çalışdı, amma yenə də liderliyi Azərbaycanla Türkiyə etdi və 2012-ci ildə İstanbulda Trans Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün müqavilə imzalandı. TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və bu layihənin ümumi dəyəri 45 mlrd. dollardır”.

Tags:  Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinə neçə ölkə qoşula bilər

RƏYLƏR


Top news