"Gözəllik kraliçası" Permdən mükafatla döndü - FOTO

"Gözəllik kraliçası" Permdən mükafatla döndü - FOTO
16:42 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Gözəllik kraliçası döyüşçü oldu - FOTO (25 Aprel 2017 23:37)
"Gözəllik kraliçası" yenidən səhnədə - FOTO (24 Aprel 2017 18:17)
Tanınmış modeli belə öldürdülər (08 Aprel 2017 17:58)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti RF-in Perm şəhərində keçirilən II Beynəlxalq Martin MakDonax Teatr Festivalında uğurla çıxış edərək Vətənə dönüb. Kollektiv artıq ikinci dəfə qatıldığı festivalda ölkəmizi adıçəkilən müəllifin "Lineynin trilogiyası"na daxil olan "Gözəllik kraliçası" tamaşası ilə təmsil edib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandırıblar.

Oktyabr ayının 1-dən - 7-dək davam edən festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak ediblər.
Festivalın beynəlxalq münsiflər heyətinə dünyanın müxtəlif ölkələrinın ən görkəmli teatr mütəxəssisləri daxil olunub. Bunlar münsiflər heyətinin sədri, teatr və kino aktyoru, "Monokl" Teatr mükafatının və iki dəfə "Qızıl maska" Milli Teatr mükafatının, Sankt-Peterburqun ali teatr mükafatı olan "Qızıl Sofit"in və digər teatr festivallarının laureatı Sergey Dreyden (Rusiya), teatr tənqidçisi, "Müasir dramaturgiya" jurnalının redaksiya kollegiyasının üzvü, "Klauzura" jurnalının baş redaktor köməkçisi, müxtəlif teatr festivallarının münsiflər heyətinin iştirakçısı Valeri Bequnov (Rusiya), "Aux Rages de l'ame" teatr kompaniyasının direktoru və bədii rəhbəri, rejissor Rolan Bonnin (Fransa), RF-in və Polşa Respublikasının əməkdar incəsənət xadimi, "Teatr həyatı" jurnalının baş redaktoru Oleq Pivovarov (Rusiya), teatr tənqidçisi, jurnalist Pavel Podkladov ((Rusiya), aktyor, rejissor, "ZERO" Teatrının bədii rəhbəri Oleq Rodovilski (İsrail), yazıçı, araşdırmaçı, professor Ardəşir Salehpur (İran), Perm Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri, RF-in xalq artisti Mixail Skomoroxov (Rusiya), teatr tənqidçisi, jurnalist, sənətşünaslıq namizədi, "Teatr sualları" jurnalının redaktoru Marina Timaşeva (Rusiya), teatrşünas, filologiya elmləri doktoru Vera Şamina (Rusiya) olublar.
Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 4-də öz tamaşasını nümayiş etdirib. Tamaşadan sonra Festivalın Beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu "Gözəllik kraliçası"nı müzakirə edərək tamaşa, aktyor oyunu, rejissor həlli haqqında maraqlı fikirlər səsləndiriblər.
Tamaşamız festivalın xüsusi diplomuna layiq görülüb.

Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti həm də münsiflər heyətinin rəhbərlik etdikləri ustad dərslərində və treninqlərdə də iştirak ediblər.
Festival çərçivəsində yaradıcı heyətə rəhbərlik edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Beynəlxalq ASSİTEJ-ə üzv olan iştirakçı ölkələrin ASSİTEJ rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşüb, gələcək yaradıcılıq əlaqələri ilə bağlı müzakirələr aparıb.
Kollektivimiz tamaşamızı izləyən Rusiyanın Perm vilayəti üzrə Azərbaycan diasporunun sədri və bir sıra fəalları ilə də görüşüb.
Oskar mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya teatrları üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın məhz Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan "У моста" teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 8 pyesi hazırlanaraq nümayiş etdirilib. Buna görə də bu teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara, habelə "İnişmanlı şikəst" tamaşasına görə "Qızıl maska" mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, ADGTT 2 il öncə sözügedən festivalda müəllifin "Yalqız Qərb" tamaşası ilə çıxış edərək Festival prezidentinin xüsusi prizinə layiq görülüb.

Milli.Az












RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Savaş hazırlığı və SON TOQQUŞMA, üç SSENARİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

24 May 2017 20:03

Cakartada avtobus dayanacağında partlayış olub

24 May 2017 20:01

Azərbaycanın peyki Gürcüstan, Qırğızıstan və Moldovaya xidmət göstərəcək

24 May 2017 20:01

“Diplom haqqında arayış” elektron xidməti yenilənib

24 May 2017 19:57

Tanınmış xalq artisti vəfat etdi -

24 May 2017 19:56

Dünyada müəllimlik peşəsi nə üçün "qadınlaşır"?

24 May 2017 19:52

"Nə oldu qudurdun?" - Elnarə peşman olub - VİDEO

24 May 2017 19:52

Terrora görə çempionluq paradı ləğv edildi

24 May 2017 19:48

“İŞİD super dövlətdir, Rusiya isə...” - ŞOK İDDİA

24 May 2017 19:43

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edildi - FƏRMAN

24 May 2017 19:42

Evlilik verilişi bu yaxında bitir" - Zuhal ilk dəfə açıqladı

24 May 2017 19:42

"Çelsi" terrora görə yürüşünü ləğv etdi

24 May 2017 19:37

“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirilib

24 May 2017 19:36

Suriya ordusu ABŞ-ın vurduğu aviabazanı yenidən istifadəyə verir

24 May 2017 19:36

Elnarə Abdullayeva həyat yoldaşı barədə NƏLƏR DEDİ? - VİDEO

24 May 2017 19:34

5 nəfər öldü - DƏHŞƏTLİ QƏZANIN VİDEOSU

24 May 2017 19:33

Mingəçevirdə ilk dəfə qapalı yolla öd kisəsi əməliyyatı aparılıb

24 May 2017 19:32

Azərbaycanın bu yolunda maşınlar öz-özünə hərəkət edir - VİDEO - FOTO

24 May 2017 19:32

"İslamiada Azərbaycanın İslam dünyasında aparıcı ölkə olduğunu sübut etdi"

24 May 2017 19:27

“Mizan” Tələbə Dram Dərnəyinin premyerası olub

24 May 2017 19:22

Dövlət Toxum Fondu elan etdiyi tenderin müddətini uzadıb

24 May 2017 19:22

Çılğın cütlük nikaha lüt gəldi - VİDEO - FOTO

24 May 2017 19:22

“Atəşgah Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 3,8 mln.manat sığorta ödənişi edib

24 May 2017 19:22

Türkiyədən Rusiyaya QADAĞA

24 May 2017 19:17

Nyu-Yorkda türk xalqlarının yürüşü təşkil edilib

24 May 2017 19:15

Əflatun Amaşov: ""Azərbaycanın uğur qazanması gözlənilən və təbii idi"

24 May 2017 19:14

Prezident İlham Əliyev “Güzəştli mənzil” haqqında Əsasnamə”ni təsdiqlədi

24 May 2017 19:13

40 kiloqram arıqladı, görənlər tanımadı - FOTO

24 May 2017 19:12

520 min adam gecəni muzeydə keçirdi

24 May 2017 19:08

Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsinə başlanılıb

24 May 2017 19:07

“Turist kimi ölkəyə gələnlər biznesmenlər tərəfindən işə cəlb olunurlar"

24 May 2017 19:05

İngiltərə təyyarəsi təcili eniş etdi - Stüardessalar huşunu itirib

24 May 2017 19:05

Sarkisyanın təyyarəsi niyə vurula bilər? - Azərbaycanın imkanları və SSENARİLƏR

24 May 2017 19:03

Muğam Mərkəzində "Muğam axşamları" layihəsi - FOTO

24 May 2017 18:57

Azərbaycan Prezidenti İordaniya Kralını təbrik edib

24 May 2017 18:55

Amerikalılar rusların şəxsi əşyalarını SATIŞA ÇIXARIR - FOTO

24 May 2017 18:53

NATO sammitinin təhlükəsizliyi qartallara tapşırıldı

24 May 2017 18:52

“Çelsi” klubu Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib

24 May 2017 18:52

İşıqlı qüvvələr: Prezidentin xanımı ilə qızından nümunəvi yaz stilləri - FOTOLAR

24 May 2017 18:48

Sosial evlər üçün qeydiyyat başlayır - Əsasnamə təsdiq edildi

24 May 2017 18:39

Sən demə, artıq çəki bununla bağlı imiş - İNANILMAZ SƏBƏB - FOTO

24 May 2017 18:38

İngiltərədəki partlayışda terrorçuya polis "KÖMƏK EDİB" - VİDEO

24 May 2017 18:37

“Bank Standard”ın kreditorları bankın maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı araşdırma aparmaq istəyir

24 May 2017 18:37

Sakinlərə xəbərdarlıq: "Fırıldaqla üzləşəcəksiniz"

24 May 2017 18:37

Millət vəkili: IV İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin mühüm hadisələrindən birinə çevrildi

24 May 2017 18:36

"Bank of Baku" nağdsız əməliyyat sayına görə lider bank olub

24 May 2017 18:36

40 kq arıqlayan məşhur aktrisa tanınmaz halda – FOTOLAR

24 May 2017 18:33

Müslüm Maqomayevin yubileyinə həsr olunmuş konsert - FOTO

24 May 2017 18:32

Çılpaq şəkildə toy etdilər

24 May 2017 18:30

Azərbaycan Prezidenti “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”ni təsdiqləyib

24 May 2017 18:27