"Anam onun bunun qapısında böyüyüb" - aktrisa ağladı

"Anam onun bunun qapısında böyüyüb" -  aktrisa ağladı
16:51 10 Oktyabr 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Ömrün fəsilləri" verilişinə qonaq olan əməkdar artist Nəcibə Hüseynova maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, “Təhminə” filmində Təhminə obrazını səsləndirən aktrisa, ailəsi və keçmişi ilə bağlı danışıb:

“Bakılıyam, çox sadə ailəm olub. Atam və anamın gəncliyi müharibə dövrünə düşüb deyə təhsil ala bilməyiblər. Atam müxtəlif vasitələrlə cəbhə üçün silah-sursatın hissələrini hazırlayırdı. Anam erkən yaşlarından yetim qalıb. Ögey ananın ümidinə qalan anam çətin zamanlar yaşayıb. Erkən yaşlarından işləməyə məcbur olub. Onun-bunun qapısında böyüyüb, valideyn qayğısı görməyib. Atamla tanış olanda müharibə yeni bitirmiş. Toy eləmədən evləniblər. Atam zavodda işini davam etdirib, anam da yeni işə başlayıb. Məni uşaq baxçasına vermişdilər. Həftədə bir dəfə onların üzünü görürdüm. Anam 2000-ci ildə vəfat etdi. Yoxluğunu qəbul etmək çətindir".

Aktrisa göz yaşlarını saxlaya bilməyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR