Həmidə Ömərova başını örtdü, kövrəldi - FOTO

Həmidə Ömərova başını örtdü, kövrəldi - FOTO
16:57 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Həmidə Ömərova Məhərrəm ayına həsr olunmuş "Aşura" adlı qısametrajlı filmdə çəkilir. Bu haqda filmin rejissoru Mehdi Yaqubov Milli.Az-a məlumat verib:

"Qısametrajlı "Aşura" adlı filmimizdə Aşura günü haqqında səhnələr yer alıb. Bu əlamətdar günü ana qızına, nənə nəvəsinə başa salır. Serialın ssenarisi də mənə aiddir. Əslində biz burada insanları düşündürməyə çalışmışıq. Ekran işində xalq artisti Həmidə Ömərova, aktrisalar Rada Nəsibova və Nigar Məmmədli çəkiliblər. Bu, artıq çəkdiyim ikinci qısametrajlı filmimdir. Onu da qeyd edim ki, bütün aktyor və aktrisalar filmdə təmənnasız çəkilirlər".

Əli Rəhimoğlu

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/478031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR