Putin neft ixracatçılarını hasilatının dondurulması və ixtisarına çağırdı

Putin neft ixracatçılarını hasilatının dondurulması və ixtisarına çağırdı
17:08 10 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya neft hasilatının dondurulması və ixtisarına hazırdır.

Publika.az xəbər verir ki, bunu İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində Rusiya prezidenti Vladimir Putin deyib.

Prezident vurğulayıb ki, bu qərar neft bazarının sabitliyinin saxlanılması üçün əhəmiyyətlidir.

“Hesab edirik ki, yaranmış vəziyyətdə neft hasilatının ixtisarı dünya energetikasının sabitliyinin saxlanılması üçün yeganə düzgün qərardır. Bu, bazarın balansının bərpasını sürətləndirəcək. Rusiya neft hasilatının dondurulması və ixtisarına hazırdır. Rusiya digər neft ixracatçılarını da buna çağırır”, - Putin bildirib.

O, əminliyini ifadə edib ki, OPEC-in noyabrda keçiriləcək iclasında bu ideyaya konkret razılıq veriləcək.

Rusiya prezidenti qeyd edib ki, ölkəsinə tətbiq olunan birtərəfli sanksiyalar dünya neft bazarlarına sabitlik gətirmir. Putinin sözlərinə görə, Rusiya bərabərhüquqlu əməkdaşlıq əsasında bütün tərəflərlə energetika üzrə konstruktiv əlaqələrdə olacaq.

Dövlət başçısı həmçinin qeyd edib ki, hələlik karbohidrogen erasının qüruba getdiyi barədə danışmaq üçün real əsaslar yoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR