Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: “Azərbaycan qazı bu xətlə nəql ediləcək”

Ərdoğan: “Azərbaycan qazı bu xətlə nəql ediləcək”

Date: 10 October 2016 17:28

“Bakı-Tiflis-Ceyhan neft boru xəttini tikdik. İndi isə TANAP-ı tikirik”.

Publika.az xəbər verir ki, bunu İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Azərbaycan qazının TANAP üzərindən Avropaya nəql ediləcəyini bildirən Türkiyə prezidenti “Türk Axını” layihəsi üçün işlərinin davam etdiyini qeyd edib.

“Görülən işlər bu layihə üçün ən uyğun marşrutun Türkiyə olduğunu göstərir”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti Yaxın Şərqdə sülhün təmin edilməsi üçün çağırış edib: “Dünyanın dörd bir tərəfindən gələn dövlət başçılarına səslənirəm. Yaxın Şərqə sülh gətirmək üçün əl-ələ verək. Hələbdəki kiçik bir uşaq üfüqə baxanda, içi ümidlə dolmalıdır. Ancaq hazırda vertolyot və təyyarələrin atdığı bombaları görür. Mosuldakı uşaq üfüqə baxanda İŞİD zülmü və İŞİD sonrası məzhəbçilik qorxusunu görür. Gəlin, sülh üçün əlimizdəki imkanlardan ən yaxşı şəkildə istifadə edək”.

Ömər Dağlı


Tags:  Ərdoğan Azərbaycan qazı bu xətlə nəql ediləcək

RƏYLƏR


Top news