Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Unibank" yerli şirkətə 1,3 mln. manat kredit ayırıb

"Unibank" yerli şirkətə 1,3 mln. manat kredit ayırıb

Date: 10 October 2016 17:32

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda real sektorun inkişafına daim dəstək olan "Unibank" ASC Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına iş adamlarına güzəştli kreditlər verməkdə davam edir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu vəsaitdən faydalanan şirkətlərdən biri də “S.A.B.A Şirkəti” MMC-dir. Şirkət "Unibank"ın iri layihələri maliyyələşdirmək proqramı çərçivəsində 1,27 mln. manat vəsait əldə edib. Kredit Bankın sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - “Unibank-Biznes Mərkəzi” filialında ayrılıb. Ayrılmış vəsait hesabına şirkət yeni texnologiyalı ən müasir avadanlıqlar alaraq, istehsal gücünü azı 2 dəfə artıracaq. Eyni zamanda, şirkət ixracat yönümlü məhsulların istehsalını həyata keçiriməyi planlaşdırır.
"Unibank" ölkədə özəl sektorun inkişafına dəstəyini davam etdirir. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”,  “Yasamal” filialları və “Unibank-Biznes Mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.
Ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından olan "Unibank", yaxın vaxtlarda nizamnamə kapitalını 80%-dək artıracaq və bununla da böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası artıq "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan 20 220 589 ədəd adi sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb. Yerləşdirmə nəticəsində "Unibank"ın nizamnamə kapitalı 125 565 234,1 manata çatdırılacaq.

Tags:  Unibank yerli şirkətə mln manat kredit ayırıb

RƏYLƏR


Top news