Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "TANAP-ın həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq"

Ərdoğan: "TANAP-ın həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq"

Date: 10 October 2016 17:32

"Sülh üçün paylaşaq" 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
Afrika ölkələri ilə münasibətlərdən danışan Türkiyə prezidenti deyib ki, Afrika qitəsində enerji təminatı problemi var: "Enerji problemi çözülmədən inkişafdan, səhiyyədən, sosial vəziyyətin yaxşılaşmasından danışmaq olmaz. Bu gün dünyada  enerji təminatı olmayan 1 milyarddan çox insanın 600 milyonu Orta Afrikada yaşayır. Ona görə də Türkiyə beynəlxalq platformalarda bu sahədə təşəbbüslərlə çıxış edir".
  
Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşir: "Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TANAP-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizi ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı "Türk axını" layihəsi üzərində işimizi də davam etdiririk. Bu ilin sonunda, 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq".
  
Türkiyə prezidenti qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq.

Milli.Az


Tags:  Ərdoğan TANAP-ın həyata keçirilməsi Avropa yeni alternativ ortaya çıxacaq


RƏYLƏR


Top news