Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda FACİƏVİ OLAY - Nişanlı cütlüyün maşında meyitləri tapıldı

Bakıda FACİƏVİ OLAY - Nişanlı cütlüyün maşında meyitləri tapıldı

Bir neçə gün əvvəl atası ölən şəxsin meyiti tapıldı - AZƏRBAYCANDA MÜƏMMALI OLAY (23 Mart 2017 18:14)
Azərbaycanda DƏHŞƏTLİ OLAY: 2 yaşlı Tunar faciəvi şəkildə öldü (08 Mart 2017 13:04)
Bakıda FACİƏVİ OLAY - Ev sahibi mənzil qarışıq yandı (04 Mart 2017 12:05)

Tarix: 10 Oktyabr 2016 17:32

Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyitləri tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.

İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ ki, müəyyən edilməyib.

Milli.Az


Teqlər:  Bakıda FACİƏVİ OLAY Nişanlı cütlüyün maşında meyitləri tapıldı



RƏYLƏR


Top xəbərlər