Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əhali 21 milyard manatlıq alış-veriş etdi

Əhali 21 milyard manatlıq alış-veriş etdi

Saxta pulla alver edərkən yaxalandılar - GƏNCƏDƏ (23 Mart 2017 17:54)
Mağazadan saxta pullarla alış-veriş edən şəxslər ələ keçdilər (23 Mart 2017 16:33)
Elektronika şirkəti vətəndaşları ələ saldı (17 Mart 2017 18:00)

Tarix: 10 Oktyabr 2016 17:43

Yanvar-sentyabr aylarında istehlakçılara 21,1 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox məhsul satılıb.

Publika.az xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,1 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,9 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

İqtisadiyyat şöbəsi


Teqlər:  Əhali 21 milyard manatlıq alış-veriş etdi



RƏYLƏR


Top xəbərlər