Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobil yeraltı piyada keçidinin divarına çırpılıb

Bakıda avtomobil yeraltı piyada keçidinin divarına çırpılıb

Date: 10 October 2016 17:52

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil idarəetmədən çıxaraq yeraltı piyada keçidinin divarına çırpılıb. 
"Report" məlumatına görə, yol-nəqliyyat hadisəsi Yasamal rayonunun Parlament prospektində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü "Hərəkət qadağandır" nişanına əməl etmədiyindən, o cümlədən əks istiqamətdən gələn avtomobillərə çırpılmasın deyə sükanı sola tərəf doğru çevirib. Bu zaman avtomobil idarəetmədən çıxaraq piyada səkisinin dəmir arakəsmələrinə, daha sonra yeraltı piyada keçidinin divarına çırpılıb. Avtomobil deformasiyaya uğrasa da, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır

Tags:  Bakıda avtomobil yeraltı piyada keçidinin divarına çırpılıb

RƏYLƏR


Top news