Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

OPEC-i əvəz edən yeni alyans yaradılır

OPEC-i əvəz edən yeni alyans yaradılır

İran Rusiya ilə Yaxın Şərqdə strateji alyans yaratmaq niyyətindədir (19 Fevral 2017 19:03)
İran Rusiya ilə Yaxın Şərqdə strateji alyans yaratmaq niyyətindədir (19 Fevral 2017 18:52)
Nazir NATO-nu islahatlara çağırdı (18 Fevral 2017 03:19)

Tarix: 10 Oktyabr 2016 18:02

Bakı. 10 oktyabr. REPORT.AZ/ Venesuelanın Prezidenti Nikolas Maduro neft hasilatçısı olan ölkələrin yeni alyans yaradacaqlarına ümid etdiyini bildirib. 
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-13-də İstanbulda (Türkiyə) keçirilən XXIII Beynəlxalq Energetika Forumunda bildirilib ki, yeni alyansın OPEC-dən daha çox ölkəni əhatə edəcəyi gözlənilir. 
Venesuela prezidenti mövzu ilə əlaqədar hasilatçı ölkələrin oktyabrın 12-də toplanacağını bildirib. Maduro həmçinin OPEC üzvü olan ölkələrin bu görüş zamanı hasilatı azaltmaq barədə razılığa gələcəklərini gözlədiyini qeyd edib.
Qeyd edək ki, bu xəbər "Brent" markalı neftin qiymətini 53 dollar/barelə yüksəldib. Xatırladaq ki, bir neçə saat əvvəl Rusiya prezidenti V.Putin neft hasilatını azalda biləcəklərini vurğulayıb.

Teqlər:  OPEC-i əvəz edən yeni alyans yaradılır



RƏYLƏR


Top xəbərlər