Gürcüstanın sabiq müdafiə naziri siyasətdən getmək qərarına gəlib

Gürcüstanın sabiq müdafiə naziri siyasətdən getmək qərarına gəlib
18:02 10 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Azad demokratlar" müxalifət partiyasının lideri İrakli Alasaniya müvəqqəti olaraq siyasətdən getmək qərarına gəlib.
"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, Gürcüstanın sabiq müdafiə naziri deputatlığa majoritar namizəd kimi qeydiyyatdan keçdiyi Qoridə parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edib.
"Harada olmağımdan asılı olmayaraq, Gürcüstan əsgəri olmağa davam edəcəm. Həm beynəlxalq, həm də yerli proseslərə qoşulmaqla dövlətlə, xalqla bir yerdə olacam. Bizi dəstəkləyənlərin hər birinə təşəkkür edirəm. Partiya yenilənmiş və daha yaxşı heyətlə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün aktiv fəaliyyətini davam etdirir" - İ.Alasaniya deyib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, İ.Alasaniya səsvermənin birinci turunda Qoridə seçicilərin 19,38% səsini qazanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanin-sabiq-mudafie-naziri-siyasetden-getmek-qerarina-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR