Bakıda "London taksisi" qəza törədib

Bakıda "London taksisi" qəza törədib
18:07 10 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda "London taksisi" qəza törədib.
"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Hənifə Ələsgərova küçəsində "Opel" markalı avtomobillə "London taksi" xidmətinə məxsus avtomobil toqquşub. Xəsarət alan olmayıb. "Opel" markalı avtomobil deformasiyaya uğrayıb.
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "London Taksi" xidmətinə məxsus avtomobilin sürücüsünün səhvi olub.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-london-taksisi-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR