Ayaz Mütəllibov: “Avrasiya İttifaqına üzvlüyün Azərbaycana zərəri yoxdur”

Ayaz Mütəllibov: “Avrasiya İttifaqına üzvlüyün Azərbaycana zərəri yoxdur”
18:08 10 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun Publika.az müsahibəsi:

– Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında çıxışı zamanı açıq şəkildə bildirib ki, bağlı qapılar arxasında keçirilən görüşlərdə Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər. Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində nələr baş verir?

– İndiyədək Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması yalnız Azərbaycan dövlətini və xalqını narahat edir. Dünya miqyasında baxsaq, bu münaqişənin həlli beynəlxalq ictimaiyyət üçün maraqlı deyil. Ona görə də indiki Azərbaycan iqtidarı bütün bunları yaxşı dərk edib. Ona görə də bu istiqamətdə heç də az iş görülməyib.

Con Kerrinin məlum bəyanatı da yenilik deyil. Biz bu cür fikirləri çox eşitmişik. Təkcə, ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini götürsək, buna heç cür müsbət qiymət vermək olmur. Təsəvvür edin ki, Minsk qrupu həmsədrləri 25 ildir ki, iş aparır, görüşlər keçirir, ancaq sonda da deyirlər ki, Azərbaycan və Ermənistan tərəfləri özləri gedib dil tapsınlar. Halbuki, bu gün Qərbin işğalçı Ermənistana ciddi təzyiqi ola bilər. Amma Qərb yalnız quru təklif verməklə məşğul olur. Onda belə çıxır ki, Azərbaycan hansısa bir təklifə görə 25 illik zəhmətini bada verib Qarabağdan əl çəkməlidir? Bu, çox gülməli və haqsız təklifdir. Ona görə də Prezident İlham Əliyev reallığı Azərbaycan ictimaiyyətinə çatdırır. Mən də hesab edirəm ki, bu cür təkliflər var və gələcəkdə olma ehtimalı daha da böyükdür. Ancaq biz də buna qarşı atılacaq addımlarda zəifliyə qətiyyən yol verməməliyik. Daxili problemləri kənara qoyub üstünlüyü əldə saxlamalıyıq. Elə etməliyik ki, bir sıra Qərbdən olan dairələr Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində üstünlük qazanmasın.

– Ayaz müəllim, sizin dövrünüzdə də belə təkliflər olurdumu?

– Mənim vaxtımda biz hələ SSRİ-nin tərkibində idik. Ancaq SSRİ-nin tərkibində ola-ola öz sözümüzü də deyirdik. Lakin, bu cür söz-söhbətlər bir dövlət çərçivəsində aparılırdı. Mən isə o zaman Qərbə istinad etmirdim, Qərbdən nə isə gözləmirdim. Əskinə, hesab edirdim ki, Dağlıq Qarabağ münaqişəsinin başladan SSRİ olub. Ona görə də SSRİ rəhbərliyindən tələb edirdim ki, bu separatçılığın qarşısı alınsın və Qarabağ münaqişəsinin yaradılmasında təqsirli olan şəxslər cəzalandırılsın. Mən Mixail Qorbaçovun vaxtında da deyirdim ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır. İndi də deyirik ki, münaqişənin həllinin açarı Rusiyadadır. Deməli, biz də Moskva ilə sıx işləməliyik.

– “Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır” fikirləri söz xətrinə deyilir, yoxsa doğrudan da bu, faktdır?

– Yox, doğrudan da bu belədir. Bu, hələ biz SSRİ tərkibində olanda da belə olub. O zaman Dağlıq Qarabağ münaqişəsinin həlli Moskva üçün ən asan iş idi. Rəsmi Moskva bu münaqişəni bir sözlə həll edə bilərdi. Həmin dövrdə də Moskvanı qoyub, Qərbdən, Türkiyədən yardım istəmək düzgün siyasət deyildi. Bu, səhv siyasət idi və Kremlin böyük qısqanclığına səbəb olmuşdu. Hələ biz o dövrdə də deyirdik ki, Moskvaya qıcıq yaratmayın. Hətta, bunu tələb də edirdik. Mən həmin dövrdə şəxsən Mixail Qorbaçovdan soruşdum ki, Dağlıq Qarabağ münaqişəsini niyə həll etmək istəmirsiz? O, mənə cavabında bildirdi ki, münaqişənin həlli üçün biz gedib öz aramızda razılığa gələk. Guya, buna görə Mixail Qorbaçova əngəllər yaradılırdı. Ancaq ona dedim ki, mən SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovla danışıram. Bu problemin həlli isə sizin əlinizdə olan məsələdir. Sonra Mixail Qorbaçova dedim ki, axı münaqişəni həll etmək sizin üçün yumruğu bircə dəfə masanın üzərinə qoymaq kimi asan işdir. Yəni, Dağlıq Qarabağda bu cür söz-söhbətlər dəfələrlə qaldırılıb, ancaq Mixail Qorbaçova qədər Kreml bu məsələnin gündəmə gəlməsinə imkan verməyib. Çox təəssüf ki, Mixail Qorbaçovun dövründə bu siyasət dəyişdi. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini mən dəfələrlə Kreml qarşısında qaldırmışam. Bu barədə ən böyük çıxışım isə SSRİ Kommunist Partiyasının 28-ci Qurultayı zamanı olub. Həmin qurultayda açıq şəkildə bildirdim ki, axı siz Azərbaycan xalqından nə istəyirsiz? Bu, nə hərəkətdir? Bütün bunları Mixail Qorbaçovun şəxsən özünə deyirdim. Daha sonra Boris Yeltsin hakimiyyətə gəldi. Ancaq Boris Yeltsin şəxsən mənimlə işləmək istəmirdi. Hətta, mən çalışırdım ki, onunla münasibətlər yaradım. Əgər o dövrdə Azərbaycanda daxili çəkişmələr olmasaydı, mən buna nail olacaqdım. Yəni, mənə qarşı olan müxalifətdə Rusiyanı Azərbaycandan küsdürmək niyyəti olmasaydı, bu, bütövlükdə ölkəmiz üçün faydalı olacaqdı.

– Konkret olaraq kimlər küsdürürdü? AXCP-Müsavat hakimiyyətimi?

– Bəli, onlar küsdürürdü. Bu isə düzgün deyildi. Ancaq konkret olaraq fərdlərin adını çəkmək istəmirəm. Əbülfəz Elçibəy hakimiyyəti Rusiyaya və İrana qarşı çox açıq siyasət aparırdı. Mən hələ hakimiyyətdə olanda da onlara dəfələrlə deyirdim ki. bu məsələdə ehtiyatlı olmaq lazımdır. Yəni, Moskvanı pisləyəndə, orada düşmənlərimizlə yanaşı, bizə dost olan qüvvələr də var. Onları Azərbaycana qarşı küsdürə bilərsiz. Necə ki, ermənilər müxalifətli, iqtidarlı birləşib Moskva ilə düşünülmüş şəkildə işləyirdi. Biz də eyni cür siyasət aparmalı idik və mən bu siyasəti ehtiyatlı şəkildə aparırdım. Çox təəssüf ki, məndən sonra bu siyasət ciddi şəkildə dəyişdi. Məndən sonra hakimiyyətə gələn qüvvələr Moskvanı və Tehranı Azərbaycandan küsdürüb, üzünü Qərbə, Türkiyəyə doğru yönəltdi. Əslində, o dövrdə də Türkiyə birbaşa Moskva ilə işləyirdi. Baxmayaraq ki, bizimlə Türkiyə arasında əlaqələr qurulmuşdu. Ancaq Türkiyə SSRİ-ni bütöv ittifaq kimi tanıyırdı. Bütün bunların olmaması üçün müxalifətə alternativ variantları təklif etmişdim. Ancaq müxalifət mənimlə razı olmadı. Əksinə, onlar məni buna görə ittiham və tənqid edirdilər. Müxalifət deyirdi ki, Azərbaycan Rusiyadan tamamilə qopub üzünü Qərbə tərəf tutmalıdır, beynəlxalq təşkilatlarla işləməlidir və sairə. Ancaq mən deyirdim ki, Moskvanı kənara atmaq olmaz. Belə vəziyyətdə birtərəfli Qərblə danışıqlar aparmaq ağılsızlıqdır. Çünki meydanda nəhəng SSRİ var idi və bizim şikayət etdiyimiz beynəlxalq təşkilatlar da Azərbaycandan öncə SSRİ ilə danışıqlar aparmalı idi. Zaman da mənim dediklərimin doğru olduğunu bir daha göstərdi. Baxın, aradan 25 müddət keçib, nə BMT, nə ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail olub. BMT Təhlükəsizlik Şurasından da ali beynəlxalq qurum varmı? Niyə Qarabağ münaqişəsini həll edə bilməyib. Ən çətin halda isə bizə deyirlər ki, gedin Ermənistan ilə özünüz dil tapın və sairə. Yəni, hər kəsin öz maraqları var.

– Ötən sərin 90-cı illərində Türkiyənin Dağlıq Qarabağ münaqişəsini həll etmək imkanları nə qədər yüksək idi?

– Bilirsiz, həmin vaxtı Türkiyə Azərbaycana görə heç zaman SSRİ ilə açıq şəkildə qarşı-qarşıya gəlməzdi və gəlmədi. Türkiyənin öz maraqları var. Tarixən də Türkiyə bu cür taleyüklü məsələlərdə öz maraqlarını üstün tutub. Bu, danılmaz faktdır.

Digər tərəfdən isə həmin vaxtı Türkiyənin Azərbaycana görə SSRİ ilə qarşı-qarşıya gəlməsi mümkün deyil idi. Bu, heç qonşu İranı da qane etmirdi. Mən isə istəyirdim ki, Azərbaycan özü öz problemini həll etsin. Çünki heç bir dövlət öz milli maraqlarını kənara qoyub, Azərbaycanın probleminin həlli ilə məşğul olmayacaq. Bu, belə də oldu. Ancaq bütün bunlar o demək deyil idi ki, Azərbaycan bu dövlətlərlə işləməsin. O dövrdə İranın da qısqanclığına səbəb yaratmışdıq, İranı sərt tənqid edə-edə az qala “düşmən” etmişdik. Ancaq bu, doğru siyasət deyildi. Rusiya, İran və Türkiyə ilə münasibətləri hər zaman yaxşı saxlamalıyıq, möhkəmləndirməliyik və imkan verməməliyik ki, bu münasibətlər pozulsun. Ən azı ona görə ki, İranda bizim nə qədər soydaşımız yaşayır. Bizim İran, Rusiya və Türkiyə ilə yaxın olmağımız zərurətdir. Bu dövlətlər həm də Azərbaycanın böyük qonşularıdır. Azərbaycan öz xarici siyasətini quran zaman daim bu üç dövlətin maraqlarını da nəzərə almalıdır.

– Bəs Azərbaycanın Rusiya, İran və Türkiyə ilə indiki münasibətlərini necə qiymətləndirirsiz?

– Azərbaycanın Rusiya, İran və Türkiyə ilə indiki münasibətləri çox yaxşıdır. Bu, uğurlu haldır. Gələcəkdə bu münasibətləri daha da möhkəmləndirmək lazımdır. Biz Prezident İlham Əliyevin bu üç dövlətlə münasibətlərinin yaxşı olması barədə çıxışlar etməsinə də şahid olmuşuq. Bu, çox yaxşı haldır. Biz qonşu dövlətlər olaraq bir-birimizlə səmimi münasibətlər yaratmalıyıq və yaratmışıq. Azərbaycan hansısa dövlətə görə Rusiya və İranla niyə münasibətlərini korlamalıdır? Bu dövlətlər ən birinci Azərbaycanın qonşularıdır və bizə lazımdır.

– İndi dünyada ölkələrin qütbləşməsi prosesi gedir. Bir sıra müstəqil ölkələrə ya Qərbə, ya da Rusiyaya tərəf oluması ilə bağlı təkliflər var. Sizcə, belə çətin dövrdə Azərbaycan hansı istiqaməti tutmalıdır?

– Azərbaycanın indiki mövqeyi yaranmış zərurətdən irəli gəlir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan öz yolu ilə getməli və balanslaşdırılmış müstəqil siyasət aparmalıdır. Ancaq bu siyasəti aparmaq da çətindir. Çünki böyük dövlətlərin əsas xüsusiyyətləri odur ki, onlar özlərini kiçik dövlətlərə qarşı ağa kimi aparırlar. Çox yaxşı hal odur ki, Azərbaycan Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra balanslaşdırılmış siyasətə nail olub. Bu siyasətə nail olmaq çox çətin şəraitdə mümkün olub və bu gün də davam edir. Yəni, indiki Azərbaycanın siyasəti odur ki, biz heç kəsə nə boyun əymək, nə zərər vurmaq istəyirik. Ancaq Azərbaycanın da maraqlarına hörmət edilməlidir.

– Avrasiya İttifaqı və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına qoşulmaqla bağlı Azərbaycana dəvətlər olunub. Bununla bağlı Azərbaycan necə seçim etsə, daha düzgün olardı?

– Əvvəla, bu gün Avropa elə vəziyyətə düşüb ki, indi bu təşkilata qoşulmaq sərfəli hesab olunmur. Ona görə də indi Azərbaycanın Avropaya birtərəfli şəkildə inteqrasiya etməsi inandırıcı deyil. Hələ Avropa öz problemlərini həll etməklə məşğul olur.

Ancaq Azərbaycanın Avrasiya İttifaqı ilə sıx əlaqələr qurması bizim milli maraqlarımıza uyğundur. Azərbaycanın Avrasiya İttifaqına üzv olması üçün isə referendum keçirilməsinə tərəfdaram. Ümumiyyətlə, Azərbaycan Rusiya və Rusiyanın müttəfiqi olan müsəlman dövlətləri ilə sıx əlaqələr yaratmalıdır. İndi nə qədər azərbaycanlı Rusiyada pis-yaxşı dolanır. Rusiya bazarı dünyada nəhəng bazarlardan biridir. Bu bazara ən böyük maraq göstərənlərdən biri məhz ABŞ-dır. Niyə ABŞ Rusiya ilə iş qurmalıdır, Azərbaycan isə imtina etməlidir? Azərbaycanın Rusiya ilə böyük sərhədi var. Biz buna qiymət verməliyik. Buna görə də Avrasiya İttifaqına üzvlüyün Azərbaycana heç bir zərəri yoxdur, yalnız xeyri var. Rusiya nəhəng güc dövlətidir. Həm də Rusiya bu regionun təhlükəsizliyinin qarantıdır. Azərbaycan özünə nə qədər də suveren və müstəqil dövlət desə də, ancaq bizim müstəqilliyimizin gücü o qədər böyük deyil. Yəni, biz böyük dövlətlərlə hesablaşmaya bilmərik. Çünki hələ cavan dövlətik. Buna görə də hər zaman ehtiyatlı olmalıyıq.

Fikir verin, bu yaxınlarda hər kəs bildi ki, Rusiya Xəzər dənizindən Suriyaya raket atdı. İndi bu cür dövlətə kim nə deyə bilər? Rusiyanın qarşısını ABŞ və ya Avropa ala bilərmi? Rusiya müstəqil hərəkət edən güclü dövlətdir. Rusiya Suriyaya girməklə Qərbə də xəbərdarlıq etdi ki, Yaxın Şərqdə biz də varıq.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dəhşətli təyyarə qəzalarının anbaan görüntüləri -

24 İyul 2017 04:33

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

24 İyul 2017 04:32

Kirstin həmişəki kimi parladı - FOTO

24 İyul 2017 04:32

İran və İraq müdafiə sahəsində protokol imzaladılar

24 İyul 2017 03:58

Yenə də Sara - FOTO

24 İyul 2017 03:32

Vaşinqton Moskvanı yenə cəzalandıracaq -

24 İyul 2017 03:28

Cüdoçularımız Avropa çempionu oldu - FOTOLAR

24 İyul 2017 03:03

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

24 İyul 2017 03:02

Rusiyada faciə: bir ailənin 5 üzvü yanaraq öldü

24 İyul 2017 02:39

İsrail mövqeyini yumşalda bilər

24 İyul 2017 02:39

Benksi sənətinin parodiyası - FOTO

24 İyul 2017 02:32

Bakıda yeni dələduzlar peyda olub - VİDEO

24 İyul 2017 02:18

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

24 İyul 2017 01:49

Suriya ordusu əməliyyatları dayandırdı

24 İyul 2017 01:45

Üzən otel, katamaran - FOTO

24 İyul 2017 01:32

İranda zəlzələ oldu

24 İyul 2017 01:29

Ərdoğan Kral Salmanla görüşdü - FOTO

24 İyul 2017 01:28

Karyerasını bitirən futbolçu ilin ən yaxşısı oldu

24 İyul 2017 01:03

Yəməndə qorxunc xəstəlikdən ölənlərin sayı artır -

24 İyul 2017 00:56

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19

Tamilla: "Bilirəm, Bakı üçün uyğun olmayan bədənim var" - FOTO

23 İyul 2017 23:17

Yuxu zamanı boğulma hissi ilə oyanırsınızsa…

23 İyul 2017 23:17

Azərbaycanın cüdo komandası Avropa açıq çempionatının qalibi olub

23 İyul 2017 23:12

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi

23 İyul 2017 23:12

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapıldı

23 İyul 2017 23:09

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”

23 İyul 2017 23:05