Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oliqarxın 400 milyon avroluq yeni yaxtası yol tapıb Atlantik okeanına çıxa bilmir - FOTO

Oliqarxın 400 milyon avroluq yeni yaxtası yol tapıb Atlantik okeanına çıxa bilmir - FOTO

Date: 10 October 2016 18:12

Ötən həftə rusiyalı oliqarx Andrey Melniçenkoya məxsus olan, dünyanın ən böyük yelkənli yaxtası Almaniyanın Kil limanından dənizə buraxılıb və test üzüşünə başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ilkin olaraq "A" adlanan yaxta Almaniyanın German Naval Yards tərsanəsində yığılıb, 400 milyon avroya başa gəlib. Sınağın birinci günü yaxta Baltik dənizində saatda 20 dəniz uzeli sürətlə hərəkət edib, Ferman adasına çatanda limana geri qayıdıb.

Gəmini idarə edən komanda 3 nəhəng yelkəni sınaqdan keçirir. Bu yelkənlər meteoroloji vəziyyətdən asılı olaraq avtomatik açılır və olduqca mürəkkəb texnikaya malikdir.

Lakin yaxtanın sahibinə təhvil verilməsində bir əngəl var. Aydın deyil ki, 100 metr hündürlüyündə yaxta Baltik dənizindən Şimal dənizinə, oradan isə Atlantik okeanına necə çıxacaq. Məsələ ondadır ki, Baltik dənizindən okeana çıxmağın yeganə yolu Droqden körfəzindən keçir. Körfəzi bir tərəfdən Danimarkada Böyük Belt və Kiçik Belt körpüləri kəsir, habelə İsveçi Danimarka ilə birləşdirən Eresund körpüsü bu körfəzin üzərindədir. Bu körpülərin altından ən çoxu 50 metr hündürlüyündə gəmilər keçə bilər. Üstəlik həmin ərazidə dəniz dayazdır və dərinliyi cəmi 8-10 metrdir. Tərsanə oliqarxın yaxtasının bu əngəli necə aşacağını şərh etməyib.

Melniçenkonun yaxtası fransalı Filip Ştark tərəfindən dizayn edilib. Onun məxsusiliyi həm də bundadır ki, yaxtanın altında sualtı mənzərələri seyr etmək üçün bölmə, habelə katerləri və sualtı qayığı dənizə endirmək üçün bölmə var. Andrey Melniçenko 44 yaşındadır, "Forbes"un hesablamalarına görə, 10.1 milyard dollar pulu var. Rusiyanın 100 ən varlı biznesmeni arasında 11-cidir. Onun aktivlərinə "Evroxim" şirkəti, Sibir elektrik enerjisi istehsalı şirkəti və digərləri daxildir.

Milli.Az




Tags:  Oliqarxın 400 milyon avroluq yeni yaxtası yol tapıb Atlantik okeanına çıxa bilmir FOTO

RƏYLƏR


Top news