Nazirlik komissiyaların fəaliyyətinə nəzarəti gücləndirəcək

Nazirlik komissiyaların fəaliyyətinə nəzarəti gücləndirəcək
18:17 10 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarət gücləndiriləcək.

Milli.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə deyilib ki, bu, təhsil naziri Mikayıl Cabbarovun "Xüsusi təhsil məsələləri barədə" imzaladığı əmrdə qeyd edilib.

Əmrə görə, respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirməyi, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etməyi tapşırıb.

Yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinə isə tapşırılıb ki, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində TN-ə təqdim etsinlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR