Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Ailəmi söydü, güllələdim..."

"Ailəmi söydü, güllələdim..."

Date: 10 October 2016 18:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borclu olduğu sahibkarı güllələyən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub. Dövlət ittihamçısı ittiham aktını elan edib. V.Şirinov özünü qismən təqsirli bildiyini deyib.

O bildirib ki, qətli öncədən planlaşdırmayıb: "Rəhmətlik məni, ailəmi söydü. Özümdən çıxdım, vurdum. İstəməzdim belə olsun, amma bir iş idi, oldu".

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

Milli.Az


Tags:  Ailəmi söydü güllələdim

RƏYLƏR


Top news