Nazir xüsusi təhsil məsələləri haqda əmr imzalayıb

Nazir xüsusi təhsil məsələləri haqda əmr imzalayıb
18:29 10 Oktyabr 2016
160 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb.


Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən,

respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirmək, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etmək tapşırılıb.

 Ərazi maliyyə hesablaşma mərkəzlərinə isə  Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmaq tapşırılıb.

 

Yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinə əmrlə yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etmək tapşırığı verilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR